Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?backend

Azərbaycanda rusdilli məktəblər BAĞLANIR?

Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. Valideynlər deyirlər ki, bu barədə məktəblə bağlı “WhatsApp” qruplarına bildirişlər gəlib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bildirişdə rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı qeyd olunub.

Qərarın Azərbaycan dilinin əsas təhsil vasitəsi kimi mövqeyini gücləndirmək və bütün vətəndaşları vahid təhsil mühitinə inteqrasiya etmək məqsədi daşıdığı söylənilir.

İddiaya görə, islahatlar mərhələli şəkildə aparılacaq. Yaxın üç ildə rusdilli məktəblər Azərbaycan dilində tədrisə keçəcək, müəllimlərin ixtisasartırma kursları təşkil olunacaq.

Qeyd edək ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.

  • Namiq
    İyul 1, 2025 - 22:32

    Rusdilli məktəblərə dövlət vəsaitinin ayrılmasının dayandırıması, həmin məktəblərin fəaliyyətinin ödənişli əsaslara keçirilməsi çox düzgün olardı. Belə olduqda bu məktəblər özü bağlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*