Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərovun ölüm səbəbi açıqlandıbackend

Yekaterinburqda qətlə yetirilən Ziyəddin Səfərovun ölüm səbəbi açıqlandı

Yekaterinburqda qətlə yetirilən 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov aldığı xəsarətlərə görə posttravmatik şok nəticəsində ölüb.

KONKRET.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənovun keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Z.Səfərovun meyitinin xarici müayinəsi zamanı hər iki gözün qansızmaları müəyyən olunub:

“Sağ gözündə, boyun nahiyələrdə qançırlar, döş qəfəsində assimetrik deformasiya, zolaq şəkilli sıyrıqlar, qarnın sağ səthində qançırlı sıyrıqlar, xayalığın dərisində qeyri-müəyyən formalı qançırlar müəyyən edilib”.

Ə.Həsənov əlavə edib ki, daxili müayinə zamanı başın dəri örtündə sərt qansızmalar da müəyyən edilib:

“Onun döş qəfəsində iki xətt üzrə çox saylı sınlqlar var idi. Bu hiss olunur ki, sol tərfdən qabıröalar kobud şəkildə sındırılıb. Diafraqmalarda qansızma, parenetfral sahələrdə qansızmalar, xayalarda qansızma və qançırlar müəyyən olundu. Biz müəyyən etdik ki, Ziyəddin Səforov qeyd edilən travmalarla bağlı postravmatik şok nəticəsində ölüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*