SON DƏQİQƏ: İran ABŞ-a ŞƏRT QOYDU – Yalnız bu halda…backend

SON DƏQİQƏ: İran ABŞ-a ŞƏRT QOYDU - Yalnız bu halda...

İran Xarici İşlər Nazirliyi ABŞ-la danışıqların bərpası üçün şərt açıqlayıb.

KONKRET.az xəbər verir ki, İran Vaşinqtondan hücumun təkrarlanmayacağına dair zəmanət alarsa, nüvə məsələsində ABŞ-la danışıqları bərpa etməyə qərar verəcək.

Bunu İranın xarici işlər naziri Abbas Araqçı CBS News-a deyib.

“Danışıqların bu qədər tez davam edəcəyini düşünmürəm. Əgər amerikalılar bir daha hücum etməyəcəklərinə zəmanət versələr, o zaman danışıqları bərpa etməyi qərara alacağıq. İran İsraillə münaqişə zamanı özünü müdafiə qabiliyyətini nümayiş etdirib və təcavüz təkrarlanarsa, Tehran bunu bir daha göstərəcək”, – o vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*