30-dan çox adamı qətlə yetirən qatil sərbəst buraxıldıbackend

30-dan çox adamı qətlə yetirən qatil sərbəst buraxıldı

“Orexovskaya” mütəşəkkil cinayətkar qrupunun qatili, Saşa əsgər ləqəbli Aleksandr Pustovalov Tver vilayətinin Monino kəndindəki ciddi rejimli koloniyadan azad edilib.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, o, noyabrın 18-də sərbəst buraxılıb. Pustovalov medianın diqqətini cəlb etməmək üçün koloniyanı gizli tərk edib. REN TV xəbər verir ki, Pustovalov azadlığa çıxmazdan əvvəl Torjokdakı koloniyaya köçürülüb və oradan da azad edilib.

Kriminal rəhbərləri və asayiş keşikçilərini qətlə yetirən Aleksandr Pustovalov 24 ilini həbsdə keçirib. O, 1999-cu ildə 30-dan çox adamı qətlə yetirməkdə ittiham edilərək saxlanılıb. Rusiya mətbuatı yazıb ki, Pustovalov istintaqla sövdələşib və digər cinayət işlərinin açılmasına kömək edib ki, bu da onun həbs müddətinə təsir edib.

Oktyabr ayında Tver vilayətinin məhkəməsi Pustovalov üzərində inzibati nəzarətin yaradılmasını xahiş edən 9 saylı islah koloniyasının inzibati iddiasını təmin edib. O, azadlığa çıxdıqdan sonra üç il ərzində Moskvanı tərk etmək və gecələr çölə çıxmaq qadağan edilib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*