30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb – VİDEObackend

30 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - VİDEO

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 45 yaşlı Teymur Bağırovdan 30 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. T.Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*