33 aktiv COVID-19 xəstəsi ictimai yerdə SAXLANILDIbackend

33 aktiv COVID-19 xəstəsi ictimai yerdə SAXLANILDI

Dünən evdən çıxan 33 “COVID-19” xəstəsi saxlanılıb.

KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, dekabrın 17-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 33 aktiv “COVID-19” xəstəsi müəyyən olunaraq saxlanılıb.

Onlardan 29 nəfər tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar, 4 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib. 22 nəfər barəsində cinayət qanunvericiliyinə uyğun olaraq cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*