Xəbər verdiyimiz kimi, bu gün Göygöl rayonunda “Niastol” adlı dərmandan 3-ü azyaşlı olmaqla 4 nəfər zəhərlənib. Onlardan biri – 10 yaşlı uşaq vəfat edib.
KONKRET.az xəbər verir ki,Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində “Niastol” adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib.
“Niastol” adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.
Qeyd edək ki, hadisənin uşaqların başlarını bit dərmanı ilə yuduqlarına görə baş verdiyi ehtimal olunur.