4 nəfərin zəhərləndiyi dərmanın ölkəyə idxalı qadağan EDİLİBMİŞ… – RƏSMİbackend

4 nəfərin zəhərləndiyi dərmanın ölkəyə idxalı qadağan EDİLİBMİŞ... – RƏSMİ

Xəbər verdiyimiz kimi, bu gün Göygöl rayonunda “Niastol” adlı dərmandan 3-ü azyaşlı olmaqla 4 nəfər zəhərlənib. Onlardan biri – 10 yaşlı uşaq vəfat edib.  

KONKRET.az xəbər verir ki,Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində “Niastol” adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib.

“Niastol” adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.

Qeyd edək ki, hadisənin uşaqların başlarını bit dərmanı ilə yuduqlarına görə baş verdiyi ehtimal olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*