Fevralın 10-u saat 22 radələrində Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan KONKRET.az-a bildirilib ki, A. Əhmədova tir tüfəngindən atəş açan Sadiq Yusifov saxlanılıb.
Araşdırma aparılır.
23:32
Mingəçevirdə sinəsindən xəsarət alan 41 yaşlı kişi ölüb.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Günəşli bağlar yaşayış massivi 8 saylı küçədə baş verib.
Belə ki, sinə nayihəsindən kəsici alətlə xəsarət alan 1983-cü il təvəllüdlü Əhmədov Aqil Alı oğlu ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlayıb.