“5-ci kolon”un ölkəmizdəki ideoloji fəaliyyəti ilə bağlı vacib bir detal – Rusiyanı Azərbaycana necə dəvət edirlər?backend

"5-ci kolon"un ölkəmizdəki ideoloji fəaliyyəti ilə bağlı vacib bir detal - Rusiyanı Azərbaycana necə dəvət edirlər?

Son vaxtlar bir sıra siyasətçilər, deputatlar, partiya sədrləri, politoloqlar Azərbaycanla Türkiyə arasında konfederasiyanın yaradılmasının vacibliyindən danışırlar. Bu adamların adlarını bir-bir çəkmək istəmirəm. Amma əslində onların məqsədi nədir, onu sizlərin diqqətinizə çatdırıram.

Diqqət edirsinizsə, onlar Azərbaycanla Türkiyə arasında konfederasiyadan danışarkən tez-tez “5-ci kolon” ifadəsini işlədərək ittihamlar yağdırırlar. Bildirirlər ki, “5-ci kolon” Türkiyə-Azərbaycan birliyinə mane olur.

Əslində isə bu təklifi irəli sürənlərin özləri “5-ci kolon”un piyada və ağılsız üzvləridir. Niyəsini izah edim…

Baxaq görək: Azərbaycanla Türkiyə arasında konfederasiyanın yaradılmasını tələb edənlər əsl “5-ci kolon”dur, yoxsa nə…!?

— Tutaq ki, Türkiyə ilə Azərbaycan arasında konfederasiyanın yaradılması qərara alındı. Bundan sonra nə baş verəcək? Rusiya Azərbaycana təcavüz edəcəkmi? Bəli, edəcək! Bəs bu təklifi irəli sürənlər bunu bilirlərmi? Bir hissəsi bilir, bir hissəsi isə yox.

Əslində onlar özləri də bilmədən Rusiyanı Azərbaycana məhz bu şəkildə dəvət edirlər. Gecə-gündüz Rusiyanın əleyhinə danışan bu adamların özləri əslində Kremlin ideoloji quluna çevriliblər. Heç şübhəsiz, bu birlik formatı Rusiyanın Azərbaycanla bağlı mənfur planlarının başlanması ilə nəticələnəcək.

Deməli, kimin “5-ci kolon”un üzvü olması, Rusiyaya xidmət etməsi bu şəkildə özünü büruzə verir. “Türkiyə sevgisi” libasına bürünüb, əslində isə Rusiyaya xidmət etməmək üçün ayıq olmalıyıq.

— Bəs, bizə konfederasiya lazımdırmı? Konfederasiya suverenliklərini qorumaq şərtilə qurulan birlik fotmatıdır. Amma tarixi faktlara əsaslanaraq tam məsuliyyətlə deyirəm ki, konfederasiya sonda federasiya ilə nəticələnir. Yəni, konfederasiyaya üzv kiçik dövlət digər güclü üzv dövlət tərəfindən “udulur”. Yuqoslaviyanın timsalında biz bu birlik formatını tam təhlil edib nəticə hasil edə bilərik. İsveçrə, Almaniya ilə bağlı tarixə nəzər salmaq da bəs edir.

– Əslində SSRİ dağılandan sonra bölgədə MDB adlı konfederasiya quruldu, Azərbaycan da bu təşkilata üzv oldu. Konfederasiya birlik formatının əsas tələblərindən olan müəyyən maraqlar çərçivəsində birlik formatı reallaşdı. Bu, başqa mövzunun predmetidir. İndi keçək əsas məsələyə….

Türkiyə-Azərbaycan arasında konfederasiya yaradılmasını təklif edənlər belə düşünürlər ki, bu birlik baş tutsa və bir müddət sonra Azərbaycan müharibə aparsa, Türkiyə də bu birlik üzvü kimi müharibədə iştirak edəcək. Əslində isə konfederasiya üzvləri qarşısında belə bir öhdəlik yoxdur. Bu, tamamilə absurd yanaşmadır. Yəni konfederasiya üzvü olan hər bir dövlət müstəqil xarici siyasət qurduğu kimi, təkbaşına müharibə də apara bilər. Qısası, bu, NATO formatı deyil. Səhv salmayın!

Bəs bizə nə lazımdır? Azərbaycan tarixdə heç vaxt olmadığı qədər güclü orduya, iqtisadiyyata sahib olmalıdır. Ölkənin daxili və xarici siyasəti tam şəkildə bir-birini tamamlamalı, sərhədlərə tamamilə “bronjilet” geyindirilməli, növbəti 20, 30, 40 ilin strateji planları hazırlanmalıdır. Bütün atılan addımlar şimal qonşumuz Rusiya, cənub qonşumuz İranla bağlı risklər nəzərə alınaraq, “Dəmir gümbəz” konsepsiyası adı altında da hazırlana bilər.

Tutaq ki, 5 il sonra Qərb İranı param-parça etdi. Belə bir situasiyada bizim addımlarımız nələrdən ibarət olmalıdır? Bütün bunların strateji əhəmiyyəti indidən ölçülüb-biçilməlidir. Yaxud gələcəkdə Rusiyanı gözləyən böyük bir müharibənin nəticələri ilə bağlı nələr düşünürük.

Ən əsası, Ermənistanı güclənməyə qoymamalıyıq. Bir həqiqəti də anlamalıyıq ki, hər bir dövlət öz milli maraqlarına oynayır. Türkiyə onsuz da bizim qardaş ölkədir, istənilən situasiyada Türkiyə Azərbaycana, Azərbaycan da Türkiyəyə ən azı siyasi-hərbi dəstək verməyi özünə borc biləcəkdir. Əlavə hoqqa çıxarıb vaxt aparmağa ehtiyac yoxdur. Ortada möhtəşəm “Şuşa Bəyannaməsi” var. Azərbaycan istənilən şəkildə öz müstəqilliyini qorumalı, möhkəmləndirməlidir.

Müəllif: Samir Feyruzov

  • Aslan
    Yanvar 23, 2022 - 23:50

    Mən Tam Müstəqil, Suveren olmağdan yanayam. Ama rusun şeyinin içinə dil vuran rus dillilər asimilasyon edilməlidir. rus dillilər Azərbaycanlılaşdırılmalıdır. rusyanın Azərbaycan’a düşmənçiliyi yeni deyil 200. Yüz il əvvəl başlayıb

  • Garachanta
    Fevral 1, 2022 - 07:36

    rus gavurlarini sevenler 90-ci illerde Dovletimize xeyanet icinde olaraq hokumet strukturlarina siziblar….VAXT YETISIB…Hesab Versinler

Garachanta üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*