9 yaşlı qız qətlə yetirildibackend

9 yaşlı qız qətlə yetirildi

Atası tərəfindən itkin düşdüyü bildirilən 9 yaşlı kanadalı qızın cəsədi ABŞ-nin Nyu-York ştatındakı bir göldə tapılıb və onun boğularaq öldüyü müəyyən edilib.

KONKRET.az lent.az-a istinadən bildirir ki, 45 yaşlı Luçano Frattolin öz qızı Melina Frattolinin qətlində və cəsədini gizlətməkdə ittiham olunub. Kanadalı kişi özünü günahkar saymadığını bildirib və hazırda dairə həbsxanasında saxlanılır.

Frattolin şənbə axşamı 911 təcili yardım xidmətinə zəng edərək qızının itkin düşdüyünü bildirib. Daha sonra o, polisə deyib ki, guya iki naməlum kişi qızını zorla ağ rəngli bir maşına mindiriblər.

Polis həyəcan siqnalı verərək itkin düşmüş qızcığazın axtarışında ictimaiyyətdən kömək istəyib. Lakin əməliyyatçılar atanın ifadələrində uyğunsuzluqlar aşkar ediblər və qızın oğurlandığına dair heç bir sübut olmayıb.

Ştatın meşə mühafizəçiləri qızın cəsədini Tikonderoqanın meşələrindəki bir gölün dayaz hissəsində tapıblar. Cinayət iddiasında qeyd olunub ki, Frattolin qızının cəsədini bir kötüyün altına gizlədib.

İlkin ekspertiza nəticələrinə əsasən, ölümün səbəbi “boğulma nəticəsində asfiksiya” olub və Nyu-York ştatı polisi bu hadisəni qətl kimi təsnif edib. Ekspertizanın yekun nəticələri isə hələ təqdim edilməyib.

Polisin verdiyi məlumata görə, ata ilə qız 11 iyuldan etibarən ABŞ-da istirahətdə olublar və həmin həftəsonu Monreala qayıtmalı imişlər. Polis qeyd edir ki, qız anası ilə yaşayırmış və ana 2019-cu ildən bəri Luçano Frattolindən ayrı yaşayır.

Qızın ölümünün başvermə şəraitinə dair istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*