Toronto Beynəlxalq Film Festivalının dördüncü günündə Ancelina Colinin rejissorluğu, ssenarisi və birgə istehsalı olan “Qansız” döyüş dramının dünya premyerası baş tutub.
KONKRET.az “Daily Mail”ə istinadən xəbər verir ki, Alessandro Barikkonun eyniadlı kitabı əsasında çəkilmiş film illik tədbirin Xüsusi Ekranlar bölməsində debüt edib.
Aktyor heyətinin və çəkiliş qrupunun bəzi üzvləri filmin tanıtımını məmnuniyyətlə dəstəkləyiblər.
Ulduzlar arasında baş rol ifaçısı Salma Hayek də yer alıb. Şoudan əvvəl o, qırmızı xalçadan keçərək zərif tünd qırmızı paltarda görünüb.
Aktrisa görünüşünü bir neçə üzüklə, o cümlədən əri Fransua-Anri Pino tərəfindən hədiyyə edilən nişan üzüyü, həmçinin sırğalarla tamamlayıb.
Bundan əlavə, Salma təbii boz saçlarını nümayiş etdirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az