Tikinti şirkətinin rəhbəri 11 il həbs cəzasına məhkum edildibackend

Tikinti şirkətinin rəhbəri 11 il həbs cəzasına məhkum edildi

Səmərqəndin tarixi hissəsində yeddi mərtəbəli bina inşa edən şirkət rəhbəri və daha dörd nəfər həbs cəzasına məhkum edilib. Konkret.az Özbəkistan mediasına istinadla xəbər verir ki, onların əmlakları 170 zərərçəkmişin xeyrinə müsadirə edilib.

Sentyabrın 4-də hakim Zərifə Əhmədovanın sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında cinayət işinə baxılıb və təqsirləndirilənlər Olim Rəcəbov (1963), Ruslan Rəcəbov (1988), Mirələm Adilov (1964),  Fayzullo Fayziyeva (1968) (əvvəllər məhkum olunmuş) və Şavkat Ablakulov (1973-cü il) barəsində hökm elan edilib.

Xatırladaq ki, ötən ilin iyununda YUNESKO tərəfindən qorunan Səmərqənd şəhərinin tarixi hissəsində qanunsuz tikinti işləri aparılıb. Memarlıq abidələri yaxınlığında tarixi binaları təhdid edən çoxmərtəbəli yaşayış binaları inşa edilməsi cəmiyyətdə ciddi rezonans doğurub.

2016-cı ilin dekabr ayında “Afrosiyob hosiyat run makoni” həmin ərazidə ikimərtəbəli ticarət mərkəzi inşa etməli imiş. Lakin bunun əvəzinə şirkət yeddi mərtəbəli yaşayış binası tikməyə başlayıb. Evdəki mənzilləri 20-dən çox ailə alıb. Tikintinin qanunsuzluğunu müəyyən etdikdən sonra məhkəmə evin sökülməsinə qərar verib.

Olim Rəcəbov və başqaları bu ilin fevral ayında həbs ediliblər. Ardınca may ayında yeddi mərtəbəli bina sökülməyə başlayıb. Ümumilikdə qanunsuz tikililər kimi tanınan 18 yaşayış binası sökülməyə məruz qalıb.

F.TAHİROĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*