7,2 bal gücündə ZƏLZƏLƏ oldu – XƏBƏRDARLIQbackend

7,2 bal gücündə ZƏLZƏLƏ oldu - XƏBƏRDARLIQ

Papua-Yeni Qvineya sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.

KONKRET.az musavat.com-a istinadla xəbər verir ki, zəlzələ qısa müddətlik sunami təhlükəsi ilə müşayiət olunub.

Bu barədə ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi (NOAA) məlumat yayıb. Qurumun yaydığı açıqlamaya əsasən, sunami xəbərdarlığı edilsə də, cəmi bir dəqiqə sonra xəbərdarlıq ləğv olunub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) isə zəlzələnin episentrinin Yeni Britaniya bölgəsində qeydə alındığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*