7 qol vurdu, oyun bitən kimi həbs olundubackend

7 qol vurdu, oyun bitən kimi həbs olundu

Finlandiyanın “Finnkurd” klubunun braziliyalı futbolçusu Jonatan Gerreyro həbs edilib. 

KONKRET.az xəbər verir ki, o, oyunların nəticələrini manipulyasiya etməkdə ittiham olunur.

Mənbənin məlumatına görə, Gerreyro və daha iki braziliyalı futbolçu Finlandiya çempionatının beşinci divizionunda keçirilən “Finnkurd” – “Espa/Renat” (8:1) oyunundan sonra saxlanılıb. Həmin qarşılaşmada Gerreyro 7 qol vurub. Polis oyun başa çatan kimi meydana daxil olaraq futbolçuları saxlayıb.

Araşdırma zamanı iki oyunçu mobil telefonları yoxlanıldıqdan sonra sərbəst buraxılıb, lakin 34 yaşlı Gerreyro istintaq çərçivəsində həbsdə saxlanılıb.

Qeyd edək ki, Jonatan Gerreyro bir neçə həftə əvvəl “Finnkurd” klubunun baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*