Rusiyalı tanınmış killer, “Saşa Soldat” təxəllüslü Aleksandr Pustovalov Tver vilayətinin Monino şəhərindəki ciddi rejimli koloniyadan azad edilib.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Onun azadlığa buraxılması barədə qərarı Nelidovski Məhkəməsi qəbul edib.
Həmin şəxs 1990-cı illərdə “Orexovskaya” cinayətkar qrupunun üzvü olub və hüquq-mühafizə orqanlarının məlumatına görə, 30-dan çox insanı qətlə yetirib.
Pustovalov 1999-cu ildə saxlanılıb və sübuta yetirilən 22 qətlə görə 24 il müddətinə azadlıqdan məhrum edilib.
O, şərti azadlığa buraxılıb, belə ki, 3 il hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarətində qalacaq. Ona yaşadığı Moskvanı tərk etmək, gecə saatlarında evini tərk etmək qağağan edilib.Modern.az