Abid Qafarovla bağlı Ali Məhkəməyə müraciət edildibackend

Abid Qafarovla bağlı Ali Məhkəməyə müraciət edildi

“Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, “Youtube”dakı “KimTV” kanalının aparıcısı Abid Qafarovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 22-nə təyin edilib.

Qeyd: Abid Qafarovun həbsi tələbilə xüsusi ittiham qaydasında qaldırılmış iddia Yasamal Rayon Məhkəməsində baxılıb. Hakim Rauf Daşdəmirovun sədrliyilə keçirilən iclasda hökm çıxarılıb. Hökmə əsasən, o, 1 il müddətinə həbs edilib. Bu hökmdən məhkum narazı qalıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra Ali Məhkəmə qərarı ləğv edərək işi apellyasiya baxışına qaytarıb. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Abid Qafarova Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə bəraət verilib, eyni məcəllənin 148-ci ( təhqir) maddəsi üzrə isə nəzərdə tutulmuş cəza müddəti başa çatdığı üçün o, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Xatırlatma: Abid Qafarova qarşı iddia qaldıran 7 nəfər müharibə veteranı ərizəsində göstərib ki, təşkilat rəhbəri qaziləri təhqir edib, onları “müti” adlandırıb. İddiaçıların sayı əvvəl 7 nəfər olsa da, sonradan onlardan dördü şikayəti geri götürüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*