Abramyan: “Bu gün Qarabağda baş verənlər sabah Ermənistanda BAŞ VERƏ BİLƏR”backend

Abramyan: "Bu gün Qarabağda baş verənlər sabah Ermənistanda BAŞ VERƏ BİLƏR"

“Bu gün Qarabağda baş verənlər sabah Ermənistanda baş verə bilər”. 

KONKRET.az xəbər verir ki, bunu “Şərəfim var” parlament fraksiyasının katibi Tiqran Abramyan parlamentdə jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, bizim əsas problemimiz anlamaqdır. Anlamalıyıq ki, Rusiya öz öhdəliyini yerinə yetirməzsə,Qarabağ xalqının taleyi ilə kim məşğul olmalıdır.

“Bu gün Qarabağda baş verənlər sabah Ermənistanda baş verə bilər. Allah eləməsin ki, iş bu yerə çatsın. Sonra deyəcəksiniz ki, bilirsiniz, Ermənistanın belə resursu yoxdur və bu şəraitdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı heç bir vəzifəni yerinə yetirə bilməz. Onda artıq 102-ci rus hərbi bazası problemi yaranacaq.

Qarabağın blokadası daha bir həftə davam edərsə, bu, son dərəcə çətin vəziyyətə gətirib çıxaracaq. Mövcud vəziyyətə görə ilk növbədə Ermənistan hakimiyyəti məsuliyyət daşıyır.

Ermənistan hakimiyyəti kənara çəkilib məsuliyyəti müxtəlif beynəlxalq strukturların üzərinə ata bilməz”, – deyə Abramyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*