ABŞ Britaniyanı hədələdibackend

ABŞ Britaniyanı hədələdi

Birləşmiş Krallıq Çinə casusluqda ittiham edilən iki vətəndaşına qarşı məhkəmə işini dayandırqdan sonra ABŞ Böyük Britaniyanı kəşfiyyat məlumatlarını paylaşmağı dayandıracağı ilə bağlı hədələyib.

KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

“Ağ Ev Böyük Britaniyanın Baş Naziri Kir Starmerə xəbərdarlıq edib ki, iki çinli casusun mühakimə olunmaması xüsusi əlaqələrə xələl gətirə bilər və kəşfiyyat məlumatlarının mübadiləsinə təhlükə yarada bilər”, – məqalədə deyilib.

Qeyd edək ki, 2023-cü ildə Britaniya vətəndaşları Kristofer Keş və Kristofer Berri Çinin xeyrinə casusluqda ittiham olunublar. Onlar günahlarını inkar ediblər. İki il sonra, prokurorlar Çinin krallığın milli təhlükəsizliyinə təhdid yaratdığına dair kifayət qədər sübut əldə edə bilmədiklərinə görə, bu şəxslərə qarşı ittihamları ləğv edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*