ABŞ İsrail və İran arasında artan gərginlik fonunda Cənubi Çin dənizində yerləşən aviadaşıyıcı gəmisini qərb istiqamətinə doğru hərəkət etdirir. Bu barədə Reuters agentliyi məlumat yayıb.
KONKRET.az xəbər verir ki, Pentaqonun qərarı regiondakı hərbi balansın dəyişməsi və potensial toqquşma riskinin artması ilə izah olunur. ABŞ donanmasına məxsus gəmilərdən birinin Vyetnamın Dananq limanına planlaşdırılan səfəri də “operativ zərurət” səbəbilə ləğv olunub.
Rəsmi məlumatda qeyd olunur ki, bu hərəkət ABŞ-ın Yaxın Şərqdəki mümkün münaqişəyə hazırlıqlı olmasını təmin etmək məqsədi daşıyır. Hələlik konkret hansı aviadaşıyıcının bölgəyə yönəldiyi açıqlanmasa da, analitiklər bu addımı Vaşinqtonun İran-İsrail qarşıdurmasının genişlənə biləcəyinə dair narahatlığı kimi qiymətləndirirlər.
Natiq Səlim,
KONKRET.az