Ərdoğan şəhid ailələrinə başsağlığı verdibackend

Ərdoğan şəhid ailələrinə başsağlığı verdi

Prezident Rəcəb Tayyib Ərdoğan Yalovada İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı şəhid olan polis əməkdaşlarına görə başsağlığı verib.

KONKRET.az anadolu-ya istinadla xəbər verir ki, o, şəhidlərin ailələrinə səbir, yaralanan polis əməkdaşlarına isə tezliklə şəfa diləyib.

Ərdoğan deyib ki, Türkiyə, “millətin təhlükəsizliyinə və dövlətin əmin-amanlığına təhlükə törədən qanlı cinayətkarlarla mübarizəni öz sərhədləri daxilində və ondan kənarda qətiyyətlə, çoxşaxəli və güzəştsiz davam etdirəcək”.

Xatırladaq ki, bu gün səhər Yalovada İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı 3 polis əməkdaşı şəhid olub, bir neçə polis isə yaralanıb. Əməliyyat çərçivəsində 5 şübhəli saxlanılıb, genişmiqyaslı istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*