ABŞ administrasiyası Kolumbiyanın yeni prezidenti Abelardo de la Espriellanın hökumətinə 1 milyard dollarlıq təhlükəsizlik yardımı ayırmağı planlaşdırır.
KONKRET.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, yardım paketi Kolumbiyanın təhlükəsizlik imkanlarının gücləndirilməsinə, xüsusilə narkotik qaçaqmalçılığı və silahlı qruplarla mübarizəyə yönəldiləcək.
Məlumata görə, bu addım Vaşinqtonun Kolumbiyanın yeni sağ yönümlü hökumətinə mühüm dəstəyini nümayiş etdirir.
Xatırladaq ki, Abelardo de la Espriella iyunun 21-də keçirilən prezident seçkisinin ikinci turunda qalib gəlib və avqustun 7-də Kolumbiyanın prezidenti vəzifəsinin icrasına başlayıb.
ABŞ prezidenti Donald Tramp seçki kampaniyası dövründə de la Espriellanı açıq şəkildə dəstəkləyib.
Günay Əli
KONKRET.az
