“İsrail bizə bildirdi ki, bu addımları özünümüdafiə məqsədilə zəruri hesab edir. Prezident Tramp və administrasiyası qüvvələrimizin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görüb və regional tərəfdaşlarla sıx təmasdadır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri ABŞ-ın Dövlət katibi Marko Rubio bildirib.
Bu axşam İsrail İran əleyhinə birtərəfli hərbi əməliyyatlar həyata keçirib. Onun sözlərinə görə, ABŞ bu zərbələrdə iştirak etməyib və Vaşinqtonun əsas prioriteti regionda yerləşən Amerika hərbi qüvvələrinin təhlükəsizliyini təmin etməkdir.
Rubio həmçinin vurğulayıb ki, İran ABŞ-ın maraqlarına və ya hərbi personalına qarşı heç bir zərbə endirməməlidir.
Aynurə İsmayıl
KONKRET.az