ABŞ-dan Ukrayna müharibəsi ilə bağlı ADDIM – Qışa qədər…backend

ABŞ-dan Ukrayna müharibəsi ilə bağlı ADDIM – Qışa qədər...

ABŞ Ukrayna, Avropa ölkələri və NATO nümayəndələri ilə Ukrayna münaqişəsinin qışa qədər nizamlanması yollarını müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff məlumat verib.

Onun sözlərinə görə, görüş ABŞ-ın Mayami şəhərində keçirilib. Müzakirələrdə ABŞ, Avropa İttifaqının üç aparıcı ölkəsinin (“Avrotroyka”), Avropa Komissiyasının, Ukraynanın və NATO-nun nümayəndələri iştirak ediblər.

Uitkoff sosial şəbəkə hesabında görüşün konstruktiv keçdiyini bildirib.

“Rusiya ilə müharibənin gərginliyini azaltmaq və qış gələnə qədər başa çatdırmaq üçün mümkün yolların axtarışı istiqamətində konstruktiv müzakirələr aparılıb”, – deyə o, qeyd edib.

Günay Əli 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*