ABŞ-də daha bir təyyarə qəzası – VİDEObackend

ABŞ-də daha bir təyyarə qəzası - VİDEO

ABŞ-nin Filadelfiya ştatından Missuriyə uçan “Learjet 55” təyyarəsi yaşayış binalarının üzərinə düşüb.

KONKRET.az “Qafqazinfo”ya istinadən bildirir ki, Missuri ştatının Sprinqfild-Branson Milli Hava Limanına uçan kiçik təyyarə Şimal-Şərqi Filadelfiya Hava Limanından yola düşdükdən bir qədər sonra yerə çırpılıb.

Məlumata görə, qəza zamanı təyyarədə 6 nəfər olub. Onların iki həkim, iki pilot, bir xəstə və xəstənin ailə üzvü olduğu deyilir. Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.

“Qəzadan sonra Kottman prospekti və Ruzvelt bulvarı ərazisində bir neçə ev yanıb”, – telekanal bildirib.

Görüntüləri təqdim edirik:

Xatırladaq ki, bir neçə gün öncə “American Airlines” aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və Quru Qoşunlarının “Black Hawk” helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb.

Amerika Prezidenti Donald Tramp qəza nəticəsində sağ qalanların olmadığını açıqlayıb.

336dfe9f 2532 4a48 91ef 04e54a0036cb
3084deb8 079f 4116 b02b 8ef9e2d73c16

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*