ABŞ-nin Luiziana ştatının Nyu Orlean şəhərində terror aktının təşkilatçısı və icraçısı 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına fəaliyyət göstərib.
KONKRET.az xəbər verir ki, bu barədə FTB-nin direktor müavini Kristofer Raya mətbuat konfransında məlumat verib.
“Yeni Orleandakı hücumda təşkilatçı olaraq başqa kiminsə iştirak etdiyini düşünmürük”, – FTB rəsmisi qeyd edib. /APA