ABŞ-də “Otkrıtiye Bank”ın keçmiş həmsədri həbs edilibbackend

ABŞ-də “Otkrıtiye Bank”ın keçmiş həmsədri həbs edilib

ABŞ hakimiyyəti “Otkrıytiye Bank”ın keçmiş həmsədri Vadim Belyayevi  saxlayıb.

KONKRET.az Rusiya mediasına istinadən bildirir ki, bu barədə ABŞ-nin Ədliyyə Nazirliyi məlumat yayıb.

Nyu-Yorka köçdükdən sonra soyadını Volfson-a dəyişən sabiq bankirlə birlikdə amerikalı Gannon Bond da saxlanılıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, Belyaev və Bond Rusiyadakı VTB Bankın rəhbəri Andrey Kostinə qarşı 2018-ci ildə tətbiq edilən sanksiyalardan yayınma sxemində iştirak ediblər. Ədliyyə Nazirliyi iddia edir ki, onlar Kolrado ştatının Aspen kurort şəhərindəki əmlakın qorunmasına və sonradan satışına kömək ediblər. Bu zaman əmlakın Kostinə məxsus olduğunu gizlədiblər.

Ədliyyə Departamenti iddia edir ki, Kostin 2010-cu ildə Aspendə 13,5 milyon dollara ev alıb, lakin əmlak ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət üzrə İdarəsinin (OFAC) sanksiya siyahısına salındıqdan sonra dondurulub.

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi VTB rəhbərini qiyabi olaraq məhdudlaşdırıcı tədbirləri pozmaqda, habelə çirkli pulların yuyulmasında ittiham edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*