The Washington Post qəzeti məlumat yayıb ki, İran xüsusi xidmət orqanları 2022-ci ildə ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeoya sui-qəsd hazırlayıb.
KONKRET.az xəbər verir ki, məlumata görə, İran agentləri onun Paris səfəri zamanı yaşadığı yerə çataraq sui-qəsd cəhdi edib. Mənbələr bildirir ki, bu, ABŞ rəsmilərinə qarşı bir sıra sui-qəsdlər planının tərkib hissəsi olub.
Öz növbəsində, Mayk Pompeo öz xatirələrində İranlıların planlarından bəhs edərək, onun öldürülməsi üçün 1 milyon dollar mükafat təklif olunduğunu iddia edib.
Natiq Səlim,
KONKRET.az