ABŞ-İran gərginliyi Üçüncü Dünya Müharibəsinə çevriləcək? – Elə ssenari qurulub ki…backend

ABŞ-İran gərginliyi Üçüncü Dünya Müharibəsinə çevriləcək? - Elə ssenari qurulub ki...

ABŞ və İran arasında son dövrlər müşahidə olunan hərbi-siyasi gərginlik yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflər arasında atəşkəsin vaxtaşırı pozulması və qarşılıqlı ittihamlar “bu qarşıdurma regional çərçivədən çıxaraq daha genişmiqyaslı müharibəyə çevrilə bilərmi?” sualını aktuallaşdırıb.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İran arasında əldə edilmiş razılaşmalar və memorandum qüvvəsini qorusa da, vəziyyət kifayət qədər həssas olaraq qalır.

Bakı və Moskva arasında gərginlik alovlana bilər | KONKRET

Onun sözlərinə görə, son günlər atəşkəs pozulsa da, tərəflər yenidən razılığa gələ biliblər:

“Hazırda İran daxilində də bu sazişə qarşı çıxan qüvvələr var. ABŞ və İsrail əvvəldən razılaşmanın əldə olunmamasında maraqlı idilər. Göründüyü kimi, ABŞ-İran memorandumu kifayət qədər gərgindir və istənilən an pozula bilər. Son qarşılıqlı zərbələr də bunu göstərir.”

Politoloq qeyd edib ki, bütün risklərə baxmayaraq, həm Vaşinqton, həm də Tehran genişmiqyaslı müharibəyə səbəb olacaq addımlardan yayınmağa çalışır.

“İran daxilində mühafizəkar qüvvələr müharibənin davam etdirilməsində maraqlıdır. Əgər atəşkəs yenidən pozularsa, ABŞ-nin İrana daha genişmiqyaslı zərbələr endirməsi mümkündür. Lakin hesab etmirəm ki, bu, Üçüncü Dünya Müharibəsinə çevriləcək. Tərəflər belə bir ssenarinin nəticələrini yaxşı anlayırlar və bundan çəkinirlər.”

Əsədullazadənin fikrincə, hazırda diplomatik kanallar açıq saxlanılır və tərəflər arasında danışıqlar prosesi davam edir. O, bildirib ki, yaxın vaxtlarda ABŞ və İran nümayəndələrinin Qətərdə yenidən bir araya gəlməsi də gözlənilir ki, bu da gərginliyin siyasi yollarla həlli ehtimalını artırır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*