ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi hesab edir ki, ABŞ və Ermənistan da daxil olmaqla istənilən ölkədə korrupsiyaya qarşı mübarizə qətiyyətli, ayıq və uzunmüddətli strategiya və sağlam dövlət qurumlarının formalaşmasını tələb edir.
KONKRET.az xəbər verir ki, səfir bunu “Davamlı İnkişaf Məqsədləri üçün Korrupsiyaya qarşı Mübarizə” mövzusunda keçirilən ekspert konfransında qeyd edib:
“Baş nazirin Ermənistanın korrupsiyaya qarşı mübarizə öhdəliyi ilə bağlı dediklərini alqışlayıram. Dövlət katibi Mayk Pompeonun Ermənistanın Müstəqillik Günündəki çıxışını xatırlamaq istərdim. Son bir ildə Ermənistan hökuməti və xalqı siyasi iştirakın genişləndirilməsi və demokratik idarəetmənin təşviqi üçün cəsarətli addımlar atdı. Artıq korrupsiyaya qarşı mübarizə, düzgün qanunun aliliyini təmin etmək və xarici sərmayə cəlb etmək üçün unikal bir fürsət var. Birləşmiş Ştatlar Ermənistanın daha effektiv ola biləcək sahələrdə antikorrupsiya səylərini dəstəkləməyə və ən yaxşı nəticələr verməyə hazırdır”.