Bayden administrasiyası Ukraynanaya ayırdığı iqtisadi kreditin 4,65 milyard dollarlıq borcunu ləğv etməyi planlaşdırdırır.
KONKRET.az “Fox News”a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmisi Metyu Miller çərşənbə günü keçirdiyi brifinqdə bildirib: “Biz həmin kreditləri ləğv etmək, Ukraynaya iqtisadi yardım göstərmək üçün qanunda qeyd olunan addımı atmışıq”.
Millerin sözlərinə görə, aprel ayında Konqres Ukraynaya 60 milyard dollar dəyərində yardım , o cümlədən kredit kimi strukturlaşdırılmış 9 milyard dolları nəzərdə tutan əlavə maliyyə paketini qəbul edib. Miller əlavə edib ki, Konqres borcu ləğv etmək üçün qətnamə qəbul edə bilər.
Vəli Həsənoğlu,
KONKRET.az