ABŞ və İran razılaşmadan nə qazanıb?backend

ABŞ və İran razılaşmadan nə qazanıb?

ABŞ və İran arasında əldə olunan atəşkəs razılaşmasından bir həftə keçsə də, tərəflər hələlik açıq müharibəyə qayıtmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Saytın yazdığına görə, Fransa ərazisində ABŞ prezidenti Donald Trampın imzaladığı 14 maddədən ibarət memorandum hələlik qüvvədə qalır və Vaşinqtonla Tehran arasında daimi sülh danışıqları üçün əsas yaradır. Məqalədə bildirilir ki, bu razılaşma davamlı sülh deyil, daha çox tərəflərə vaxt qazandıran müvəqqəti siyasi həll hesab olunur.

CNN qeyd edir ki, hazırda nə ABŞ, nə də İran üçün yenidən müharibəyə başlamaq sərfəlidir. Donald Tramp yeni müharibənin ABŞ iqtisadiyyatına ağır zərbə vuracağını etiraf edib. İran isə əsas mövqelərindən geri çəkilmədən müəyyən iqtisadi üstünlüklər əldə etdiyi üçün atəşkəsi pozmağa tələsmir.

Məqalədə vurğulanır ki, Hörmüz boğazında gəmi hərəkəti yenidən artmağa başlayıb. Lakin boğaz tam açılmayıb. İran şimal marşrutu üzrə hərəkətə icazə sistemi tətbiq edir, minalar isə gəmilərin yalnız bir marşrutdan istifadə etməsinə imkan verir. Buna baxmayaraq, neft tankerlərinin sayının artması dünya enerji bazarları üçün müsbət siqnal hesab olunur.

CNN yazır ki, ABŞ sanksiyalarının yumşaldılmasından sonra İran yenidən neft ixracını artırmağa başlayıb. Ölkənin gündəlik ixracının müharibədən əvvəlkindən təxminən üçdəbir çox – 2 milyon barelə qədər yüksələ biləcəyi bildirilir. Bu isə Tehrana milyardlarla dollar əlavə gəlir gətirə bilər.

Razılaşmada həmçinin İranın xarici banklarda dondurulmuş 100 milyard dollardan çox aktivinə çıxış imkanının nəzərdə tutulduğu qeyd olunur. Bundan başqa, ölkənin bərpası üçün təxminən 300 milyard dollarlıq investisiya fondunun yaradılması da müzakirə edilir. Lakin ABŞ administrasiyası bildirir ki, İran öhdəliklərini yerinə yetirməyincə dondurulmuş vəsaitlər azad edilməyəcək.

Məqalədə qeyd olunur ki, razılaşmanın ən mübahisəli hissələrindən biri İranın nüvə obyektlərinin beynəlxalq müfəttişlər tərəfindən yoxlanılması məsələsidir. ABŞ bunu Tehranın öhdəliyi hesab etsə də, İran yalnız yekun sülh sazişi əldə olunduqdan sonra belə yoxlamaların mümkün olacağını bildirir.

CNN-in təhlilinə görə, razılaşmanın ən zəif bəndlərindən biri Livan məsələsidir. Memorandum bütün cəbhələrdə döyüşlərin dayandırılmasını nəzərdə tutsa da, İsrail özünü bu razılaşma ilə bağlı hesab etmir və təhlükəsizliyini qorumaq üçün Livanda hərbi əməliyyatları davam etdirmək hüququnu saxladığını bildirir.

Analitiklər hesab edirlər ki, bu amil gələcəkdə həm ABŞ-İran danışıqlarını, həm də əldə olunmuş razılaşmanı təhlükə altına qoya bilər.

Məqalənin sonunda vurğulanır ki, İranın əlində hələ də mühüm təzyiq vasitəsi qalır. Bu da zərurət yaranacağı təqdirdə Hörmüz boğazını yenidən bağlamaq imkanıdır.//musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*