Abşeronda qətl hadisəsi baş verib.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.
2005-ci il təvəllüdlü Elmir Axundov naməlum şəxs tərəfindən bıçaqlanıb.
O, xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb.