30 yaşlı kişi müəmmalı şəkildə yoxa çıxdı – FOTObackend

30 yaşlı kişi müəmmalı şəkildə yoxa çıxdı - FOTO

Qubada 30 yaşlı kişi itkin düşüb.

KONKRET.az xəbər verir ki, rayonun Mirzəməmməd kənd sakini İsmayılov Seymur Bəhruz oğlu oktyabrın 7-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.

Bildirilir ki, o, həmin gün bibisi oğlu ilə görüşüb və birgə yeyib-içiblər. Daha sonra S.İsmayılovun məclisi sərxoş halda tərk etdiyi və ondan xəbər alınmadığı bildirilir.

Məsələ ilə bağlı müvafiq tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*