Bakıda ağır yol qəzası baş verib.
KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metropark” ticarət mətkəzinin qarşısında qeydə alınıb.
Takisi kimi istifadə edilən “Honda” markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən gənc qadını vurub. Nəticədə piyada ciddi xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Yaralı xəstəxanaya aparılıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, gənc qadın yolu keçən zaman qulağında qulaqlıq olub və avtomobilin səsini eşitməyib. Eyni zamanda, nəqliyyat vasitəsinin gəldiyini görməyib. Nəticədə qəza baş verib.
Faktla bağlı araşdırma aparılır.
