Hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin təmsilçisi “diplomat” Ramiz Vəliyev beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyalar həyata keçirib.
KONKRET.az xəbər verir ki, o, məhkəmənin qərarı ilə həbs edilsə də, sonradan amnistiya ilə cəzası azaldılıb.
Ancaq Apellyasiya Məhkəməsi onun haqqında çıxarılan hökmü qüvvədə saxlayıb və icraata götürüb. Beləliklə Ramiz Vəliyev yenidən həbsxanaya göndərilib.
Qeyd edək ki, diplomatiya sistemindən uzaqlaşdırılmış Ramiz Vəliyev şər və böhtan ittihamı ilə həbs olunan keçmiş vəkil Adəm Məmmədovun əmisidir.
Mediada yayılan iddialara görə, Ramiz Vəliyev diplomatiya sistemində çalışaraq xaricə, o cümlədən “söyüş müxalifəti”nə məlumat ötürən şəxslərdən biri kimi təqdim edilir. İddia olunur ki, o, hətta şəxsən yaratdığı şəbəkənin fəaliyyətini kurasiya edib. COP29 dövründə də ölkədəki ictimai-siyasi proseslər barədə xaricdəki “söyüş müxalifəti” ilə əlbir olaraq kompromatlar ötürüb.
Natiq Səlim
KONKRET.az

Hamı söyüş söyür, o cümlədən də hökumət mediası. Məsələn, adamlara vətən xaini deyirsiniz. Bir nəfər şəxsin tərəfində olmaq “vətən dostu”, əleyhinə olmaq isə “vətənə xainlik” sayıla bilməz. Vətən yaşadığımız ölkənin torpaqlarıdır. Kimdir ki, öz əleyhinə olanları, vətən xaini adlandırmaq iddiasında olanlar, sizlərmi? Siz elə gəlin bu xalqın üzərində yeridiyi torpaq olun (sözün bütün mənalarında), onda heç kəsin sözü ola bilməz. Vaxt gələr, Azərbaycanda hər şeyin qiyməti verilər – həm siyasi, həm hüquqi, həm də tarixi baxımdan; Stalin cəhənnəmə vasil olandan sonra keçmiş ssri-də verilən kimi…