Ağacan Abıyevdən qoca deputatlara: “Gedin nəvələrinizlə oynayın”backend

Ağacan Abıyevdən qoca deputatlara: “Gedin nəvələrinizlə oynayın

Mənim fikrimcə, insan 70-80 yaşı adlayırsa, gedib nəvələri ilə oynamalıdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, 86 yaşlı professor Ağacan Abıyev bildirib.

Onun sözlərinə görə, insan qocaldıqca zamanın dəyərini anlayır.

“Zaman hər şeydən dəyərlidir. Bəs nəvələrlə oynamağa nə zaman vaxt ayıracaqsınız? Mən deputatlığa namizəd olmaq istəyən qocalara müraciət edirəm: gedin nəvələrinizlə oynayın, sonra vaxt olmayacaq”.

Qeyd edək ki, bu il sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*