“Bir ata kimi övladlarıma həm maddi, həm mənəvi baxımdan mümkün olan hər şeyi vermişəm. İdeal ata olduğumu heç kim inkar edə bilməz”.
KONKRET.az globalinfo-ya istinadən əbər verir ki, bunu Xalq artisti, müğənni Ağadadaş Ağayev Kanal S-də yayımlanan “Həftənin qonağı” verilişində çıxışı zamanı deyib.
“A-dan Z-yə qədər hər məsələdə yanlarında olmuşam. Hətta gecə açar verib evlərinə kimi göndərmişəm. Heç özlərinin xəbəri də olmayıb ki, haradasa evləri var. Amma bir atanın övladları üçün bütün maddi imkanlarını səfərbər etməsinin zərərli tərəfləri çoxdur. Əslində oğlan övladı atasına ehtiyac duymadan ayaq üstə durmağı bacarmalıdır. Mənim dəstəyim onları zəiflətdi”, – deyə o bildirib.
Müğənni etiraf edib ki, sabah övladları işlərini və ya bizneslərini itirsələr, ayağa qala bilməzlər:
“Övladlarıma Ağadadaşın ən azı quru adı lazımdır”.