Ağdamda ata 4 il əvvəl qızını öldürüb kanala atıb – YENİ FAKTbackend

Ağdamda ata 4 il əvvəl qızını öldürüb kanala atıb - YENİ FAKT

Ağdamda 4 il əvvəl itkin düşdüyü bildirilən qızla bağlı axtarışlar davam edir. 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfova adlı qadının 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı bildirilib və həmin vaxtdan itkin kimi axtarılıb. Bildirilir ki, onu atası, Nəcəfov Şikar Süleyman oğlu 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb.

KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, atasının qızını basdırdığını bildirdiyi yerdə aparılan ilkin qazıntı zamanı insan meyitinin qalıqları aşkar edilməyib.

Əldə etdiyimiz məlumata görə, qızın basdırıldığı yerdən çıxarılaraq kanala atıldığı ehtimal edilir. Hazırda Kanal ətrafında axtarışlar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*