Ağdamda yeni işlərə başlanılır – Yarım milyonluq LAYİHƏbackend

Ağdamda yeni işlərə başlanılır – Yarım milyonluq LAYİHƏ

Azərbaycanın Ermənistan silahlı qüvvələrindən azad olunmuş ərazilərində bərpa və quruculuq işləri sürətlə icra olunmaqdadır.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bu işlər çərçivəsində Ağdam rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evləri ilə bağlı yeni layihəyə start verilib.

Belə ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Ağdam rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri həyata keçiriləcək.

Artıq bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Rabitəinşaat” Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, ASC-yə 427 min manat ödəniş edilib.

Qeyd edək ki, ərazidə işləri icra edəcək “Rabitəinşaat” ASC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 min manat olan ASC-nin qanuni təmsilçisi isə İskəndərov Yelmar Əmirxan oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*