Ağdaşda ağır yol qəzası olub.
KONKRET.az xəbər verir ki, rayonun “TamStore”marketlər şəbəkəsinin əməkdaşları qəzaya düşüb.
Hadisə Yuxarı Nemətabad kəndi yaxınlığından keçın avtomagistralda baş verib. İki avtomobilin toqquşması zamanı “Tamstore” marketlər şəbəsinin 4 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar – 2003-cü il təvəllüdlü Məryəm Bəkirova, 1996-cı il təvəllüdlü Ayişə Qasımzadə, 2002-ci il təvəllüdlü Sarvan Hüseynov və 1991-ci il təvəllüdlü Şahin Muatafayev bədənin qırıq-sökük və digər xəsarətləri ilə təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.