Çinin Siçuan Universitetinin alimləri müəyyən ediblər ki, tərkibində probiotiklər olan qidalar ağız qoxusuna qarşı mübarizə aparmağa kömək edir.
KONKRET.az xəbər verir ki, ağız qoxusunun səbəbi kükürd birləşmələridir. Onlar dilin səthindəki bakteriyalar zülalları çox tez parçalayanda yaranır. Tədqiqat zamanı elm adamları mayalanmış çörək, qatıq, kombuça və miso şorbası kimi qıcqırdılmış qidalarda olan probiotiklərin ağız qoxusuna qarşı mübarizə apardığını aşkar ediblər.
Mütəxəssislərin fikrincə:
“Probiotiklər ağızda anaerob bakteriyalar tərəfindən amin turşularının, zülalların parçalanmasına maneə törədir və bununla da pis qoxulu əlavə məhsulların əmələ gəlməsini əngəlləyir. Probiotiklər qısa müddətdə kömək edir, lakin diş və dil xəstəliklərindən yaranan pis iyin qarşısını ala bilmirlər”.
Nəfəsinizi təravətli saxlamaq üçün elm adamları davamlı olaraq probiotikli qidalar yeməyi tövsiyə edir.
KONKRET.az-ın Araşdırma Qrupu