Ağstafada naməlum şəxslər gecə evə basqın etdibackend

Ağstafada naməlum şəxslər gecə evə basqın etdi

Ağstafada naməlum şəxslər gecə saatlarında Nəriman Nərimanov küçəsi 9 ünvanındakı mənzilə basqın ediblər. Onlar evdə tək olan Sahibə Ələkbərovaya qarşı fiziki zor tətbiq edərək, ona məxsus pul və qızıl-zinət əşyalarını ələ keçiriblər.

KONKRET.az xəbər verir ki, daha sonra maskalı şəxslər ərazidən uzaqlaşıblar. Bundan sonra dərhal polisə məlumat verilib.

Hazırda Ağstafa Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*