Ağstafada yol qəzası: 5 nəfər xəsarət aldıbackend

Ağstafada yol qəzası: 5 nəfər xəsarət aldı

Ağstafa rayonunda yol qəzası baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşub. Nəticədə 5 nəfər Qazax rayon sakinləri – Alməmmədli Rəvan (2005), Nuriyeva Aytən (1984), Məmmədova Tahirə (1999), Ağstafa rayon sakinləri – Əlizadə Əli (1993) və Əliyeva Samirə (1998) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın