Son günlər sosial şəbəkələrdə və bəzi KİV-lərdə SOCAR şirkətinə məxsus yanacaqdoldurma məntəqələrində “Aİ-95” (Premium) yanacağının satışının dayandırılması ilə bağlı iddialar öz əksini tapıb.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən “SOCAR Petroleum” QSC-nin İctimaiyyətlə əlaqələr şöbə rəisi Afaq Rza bildirib ki, Bu gündən etibarən isə bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər bütün stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər:
“SOCAR brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb. Sadəcə olaraq, yüksək tələbat səbəbindən bəzi stansiyalarda yanacaq ehtiyatı müvəqqəti olaraq bitib. Bu gündən etibarən isə bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər bütün stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər”.