Aİ Rusiyaya qarşı 15-ci sanksiyalar paketini təsdiqlədibackend

Aİ Rusiyaya qarşı 15-ci sanksiyalar paketini təsdiqlədi

Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiyalar paketini təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə dekabrın 16-da Aİ Şurasının mətbuat xidməti məlumat yayıb: “Avropa ittifaqı bu gün Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni, əsassız  müharibə aparmaq imkanlarını daha da məhdudlaşdırmağa yönəlmiş iqtisadi və fərdi məhdudlaşdırıcı tədbirlərin 15-ci paketini təsdiqləyib”. Məlumata görə, məhdudiyyətlər Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhlükə yaradan hərəkətlərə görə məsuliyyət daşıyan  54 fiziki və 30 hüquqi şəxsə şamil edilir. Avropa Birliyi üçüncü ölkələrin 52 gəmisinə də sanksiya tətbiq edib. Brüsselin məlumatına görə, bu gəmilərdən Rusiyaya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlərdən yan keçmək üçün istifadə edilib. Beləliklə, belə gəmilərin sayı 79-a çatıb.

Rusiya hərbi-sənaye kompleksinə birbaşa dəstək verən hüquqi şəxslər siyahısına daha 32 hüquqi şəxs əlavə edilib. Həmin şirkətlərə ikili təyinatlı mal və texnologiyaların ixracına daha sərt məhdudiyyətlər qoyulacaq. Bu şirkətlərin bəziləri üçüncü ölkələrdə, o cümlədən Çin, Hindistan, İran, Serbiya və Birləşmiş Ərəb Əmirliklərində yerləşir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*