Finlandiya prezidenti Alexander Stubb bildirib ki, ölkəsi və qonşu İsveç NATO-ya üzv olmaq üçün indi müraciət etsəydi müsbət cavab ala bilməyəcəkdilər.
KONKRET.az xəbər verir ki, o bunu “Financial Times” qəzetinə müsahibəsində deyib: “Bu, hazırkı dönəmdə təxribat kimi qəbul edilərdi. Lakin hər şey tez baş verdi və insanlar başa düşdülər ki, biz həm də təhlükəsizliyin təminatçısıyıq. Biz alyansın şimal-şərq hissəsini gücləndirməyə çalışırıq, ona görə də müdafiə ilə məşğul olan böyük dövlətlərə qoşulmalıyıq”. Finlandiya 2023-cü il aprelin 4-də rəsmi olaraq NATO-ya üzv olub. İsveç isə 2024-cü il martın 7-də alyansa qoşulub.
Vəli Həsənoğlu,
KONKRET.az