Aliment ödəməmək üçün keçmiş həyat yoldaşını öldürdübackend

Aliment ödəməmək üçün keçmiş həyat yoldaşını öldürdü

Faciə Özbəkistanın Kaşkadar bölgəsində baş verib. Konkret.az yerli mediaya istinadla xəbər verir ki, kişi keçmiş həyat yoldaşını qəsdən öldürüb.

Sentyabrın 8-də, gecə saat 01:00 radələrində Kaşkadar vilayətinin Nişan rayonunda 40 yaşlı yerli sakinlə 38 yaşlı keçmiş arvadı arasında mübahisə baş verib. Münaqişə nəticəsində kişi keçmiş həyat yoldaşını bilərəkdən boğub. Səbəb isə uşaqlarına görə artıq aliment verməmək istəməməsi olub.

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Konkret.az

 

 

Bir cavab yazın