Almaniya ilk Patriot sistemini Ukraynaya təhvil verdibackend

Almaniya ilk Patriot sistemini Ukraynaya təhvil verdi

Almaniya ilk Patriot sistemini Ukraynaya təhvil verib.

KONKRET.az xəbər verir ki, bu barədə “The Telegraph” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Almaniya artıq ötən həftənin sonunda Ukraynaya ilk “Patriot” zenit-raket kompleksini təhvil verib.

“Almaniya ilə razılaşma sayəsində “Patriot” hava hücumundan müdafiə sistemi və əlavə mühafizə vasitələri artıq Ukraynaya daxil olub”, – nəşr yazır.

ABŞ bu addımı digər Avropa ölkələrini öz “Patriot” qurğularını Ukraynaya təhvil verməyə inandırmaq üçün atıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*