Dönər Almaniyanın gündəmindən düşmür. Hər platformada dönər çörəyinin baha olması dilə gətirilir.
KONKRET.az xəbər verir ki, Sosial Demokrat Partiyasından (SPD) Avropa Parlamentinə namizəd olan Frederik Augustin və Kevin Kühnert seçki kampaniyasında dönərdən istifadə etməyə başlayıblar.
Plakatları hazırlayan namizədlər dönərçilərlə anlaşaraq, fərqi ciblərindən ödəyərək üç avroya dönər satıblar.
Seçki kampaniyasının çox qızğın keçdiyini deyən Avqustin dönərli kampaniyası sayəsində müxtəlif yaşlı insanlarla söhbət etmək imkanı qazandığını bildirib.
Dönərin qiymətinin yenidən üç avro olmasını istəyən və qiymətlərin aşağı salınması üçün çalışacağını bildirən gənc siyasətçi ucuz dönər sifariş edib və danışdığı seçicilərdən iyunun 9-da ona səs vermələrini istəyib.
SPD baş katibi və AP namizədi Kevin Kühnert gənclərin dönər qiymətlərinin artması ilə bağlı narahatlıqlarını və bunun təsadüf olmadığını bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az